1996-cı ildən nəşr olunan Consulting&Business iqtisadiyyat və biznes jurnalıdır. Consulting&Business işgüzar informasiya-analitik dərgisi olaraq, Azərbaycanın işçi dairələrinə öz məlumat strategiyasıyla dəstək verir. Bu dəstək ölkənin biznes elitası tərəfindən öz layiqli qiymətini alıb, Azərbaycanlı və ölkəmizdə fəaliyyət göstərən iş adamları Consulting&Business jurnalını haqlı olaraq öz nəşrləri hesab edirlər
Azərbaycanda iqdisadiyyat və biznes sahəsində əldə olunan nailiyyətlərə görə "UĞUR" - ilk Milli Mükafatın təsis olunması məhz bu səbəbdən də ölkənin iş adamları tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir
<<< Müraciət etmək
Mükafatın vəzifələri
Azərbaycanda iqtisadiyyat və biznes sahəsində təsis edilən "UĞUR" Milli Mükafatı iş adamlarına, dövlət və ictimai xadimlərə onların milli iqtisadiyyatın möhkəmlənməsi və inkişafında olan xidmətlərinə, yeni iş yerlərinin yaradılmasına və bununla da hər bir ailənin rifahının yaxşılaşmasına görə verilir ilk mükafatdır.
"UĞUR" Milli Mükafatının təsis edilməsinin səbəbi aşağıdakılardan ibarətdir:
- ictimaiyyət, ticarət və hökumət arasında birliyin əldə olunmasına dəstək vermək;
- ölkənin inkişafına əhəmiyətli dərəcədə təsir göstərən şəxslərə diqqət yönəltmək;
- ictimai barışıq mühitinin yaradılması və Azərbaycanın mənafeyinə yönəlmiş fəaliyyətin həvəsləndirilməsi;
- Azərbaycanın elm, iqtisadiyyat, mədəniyyət sahələrindəki nailiyyətlərinin ümumdünya inkişaf prosesinə inteqrasiyasına dəstək vermək
|